Ana Sayfa > Xəbər > Məhkəmə “Azərfon”un iddiasını təmin edib

Məhkəmə “Azərfon”un iddiasını təmin edib


18-12-2015, 10:40. Yazar: admin
Məhkəmə “Azərfon”un iddiasını təmin edib
2 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində “Azərfon” MMC-nin Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə iddianı təmin edib.

Qeyd edək ki, “Azərfon” MMC-nin iddiası xidmət tərəfindən tərtib edilən aktın və qərarın ləğv edilməsi olub.

Onu da qeyd edək ki, qərardan narazı qalan xidmət apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Geri dön