Ana Sayfa > Xəbər > Polisi görən sərnişinlərin avtomobildən niyə qaçdığı bəlli oldu

Polisi görən sərnişinlərin avtomobildən niyə qaçdığı bəlli oldu


8-04-2015, 13:20. Yazar: admin
Polisi görən sərnişinlərin avtomobildən niyə qaçdığı bəlli oldu
Yol patrulunun saxladığı avtomobilin sərnişinlərinin qoyub qaçdığı avtomobildən marixuana tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 5-də Bakı şəhər sakini Elşad Novruzov idarə etdiyi "Nissan" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün BDYPİ YPXA-nın İsmayıllı rayonu ərazisindəki daimi postunda saxlanılıb. Bu zaman 2 sərnişin avtomobildən düşərək qaçıb.

Avtomobilə baxış zamanı oradan 241,49 qram marixuana götürülüb. E.Novruzov müayinədən keçirilib və onun narkotik vasitənin təsiri altında olması müəyyən edilərək İsmayıllı rayon Polis Şöbəsinə təhvil verilib.

Geri dön