Ana Sayfa > Xəbər > “Mədət Quliyev mənə kömək ediləcəyinə söz verdi”
“Mədət Quliyev mənə kömək ediləcəyinə söz verdi”16-12-2015, 17:17. Yazar: admin |
![]() “Gürcüstana buraxılmağımız hələ də mümkün deyil. Mütəmadi olaraq bu məsələnin həll edilməsi istiqamətində görüşlər təşkil edirəm. Xarici İşlər Nazirliyinə bir neçə məktubumuz göndərilib. Amma hələ ki xəbər yoxdur. Müraciətlərimiz çox olsa da, konkret nəticə yoxdur”. Bunu Modern.az-a açıqlamasında “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstana buraxılmaması məsələsinə aydınlıq gətirərkən deyib. Zəlimxan Məmmədli məsələ ilə bağlı Dövlət Təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevlə də görüşüb. “Bu yaxınlarda Dövlət Təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevlə şəxsən görüşmüşəm. Görüş zamanı Gürcüstana buraxılmamağımı müzakirə etdik. Mədət Quliyev söhbət zamanı vurğuladı ki, vətəndaş olaraq mənim hüququmu qorumaq, Dövlət Təhlükəsizlik Xidmətinin həm də borcudur. Daha sonra Mədət Quliyev “çalışacağıq ki, bu məsələ müsbət həllini tapsın” dedi”. Zəlimxan Məmmədli bu gün baş tutacaq görüşündən də danışıb. “Bu gün Daxili İşlər Nazirliyi ilə də görüşüm olacaq. Müraciət etmişəm ki, vətəndaşlıq hüququmu nəhayət Azərbaycan ciddiyə alsın və məşğul olsun”. Qeyd edək ki, “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin 2014-cü ilin oktyabrından Gürcüstana daxil olmasına qadağa qoyulub. Geri dön |