Ana Sayfa > Xəbər > Bayram bazarlığı: Qiymətlər baha, alıcı isə yox...
Bayram bazarlığı: Qiymətlər baha, alıcı isə yox...16-12-2015, 15:37. Yazar: admin |
Yeni ilin gəlişinə 15 gün qalıb. Hər kəs bayram bazarlığına hazırlaşır. Bayramqabağı qiymətlər necədir? Bahalaşma varmı? Hamını bu sualların cavabları maraqlandırır. AzVision.az əməkdaşları paytaxtın mərkəzində yerləşən “Təzə bazar”da qiymətlərlə maraqlanıb. Əvvəllər bazarlara daxil olanda “Gəl, ay müştəri, təzə kəsilmiş ətdən qalmadı”, “Yaxşı Naxçıvan pendiri var, gəl, dadına bax” kimi şüarlarla rastlaşsaq da, budəfəki mənzərə tam fərqli idi. Bazarda nə alıcı var idi, nə də səsləri baş ağrıdan satıcılar... Piştaxta arxasında küskün dayanan satıcılar alverin yoxluğundan şikayətlənirdilər. Bazarın girişində ət satışı ilə məşğul olan satıcılara yaxınlaşıb qiymətləri soruşduq. Satıcıların sözlərinə görə, mal əti bayrama görə bahalaşmayıb, əvvəlki qiymətlərlə alıcılara təqdim olunur. Belə ki, sümüksüz mal əti kiloqramı 6- 7 manat 50 qəpiyə, bəzi yerlərdə isə 8 manata satışa çıxırılmışdı. Bazarda kiloqramı 5 manata olan ət də almaq olar. Amma bu ətlərin mənşəyi və keyfiyyəti heç satıcıların da özlərinə məlum deyil. “Neçə gündür heyvan kəsmişik, sata bilmirik. Qiymətini qaldırsaq, kim alar ki?”-deyə qəssablar şikayətləniblər. Cürbəcür qoz, fındıq, ərik, gavalı turşusu piştaxtda göz oxşayır. Bəs qiymətlər necədir? Qozun bir kiloqramı : 7-10 manat arası dəyişir Ərik: 8, 12, 15 manat Gavalı: 5, 8 manat. Qoz ləpəsi – 10, 20, 25 manat Quru alça: 3-6 manat arası Aş paxlası: 6-7 manat Lənkəran qozu: 8 manat Satıcıların sözlərinə görə, bazarda bayram ab-havası hiss olunmur. Alver ötən illə müqayisədə xeyli zəifləyib. Qiymətləri öyrənmək üçün yaxınlaşdığımız satıcıların çoxu qiymətləri gizlədir, bizə başqa, alıcılara isə başqa qiymət deyirdilər. Bazarda meyvələrin qiyməti növünə görə fərqlidir. Quba alması: Qiymətlər 80 qəpikdən başlayır 2 manatadək dəyişir Nar: 1 manat 50 qəpik, 2 manat Lənkəran feyxuası: 2 manat Portağal: Qiymətlər 1 manat 50 qəpikdən başlayır 2,3 manatadək. Xurmanın kiloqramı: 1 manat 50 qəpik, 2 manat Heyvanın kiloqramı: 1 manat 70 qəpik, 2 manat 50 qəpiyə, Armud: 2-3 manata arası qiymətlər dəyişir Üzümün kiloqramı: 3 manat Qarpızın kiloqramı: 3-4 manat Pomidorun qiyməti: 1 manat 50 qəpik, 2 manat Xiyar: 1,2 manat Badımcan: 2 manat 50 qəpik Lobya: 2 manata. Gül kələmi: 50 qəpik, Adi kələm: 70 qəpik Soğan və kartofun qiyməti stabildir: 60 qəpik – 1 manat Kök və çuğundurun kiloqramı: 1 manat – 1 manat 20 qəpik Kənd yumurtası: 25, 30 qəpik Ümumilikdə isə ötən illə müqayisədə qiymətlər bir qədər qalxıb. Əsasən meyvə-tərəvəz məhsullarının qiymətində artım hiss olunur. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, qiymət artımı mövsümi xarakter daşıyır: “Mövsümün elə vaxtıdır ki, qiymət artımı təbii və normal haldır. Biz hər həftə monitorinqlər aparırıq. Monitorinqlər əsasında deyə bilərəm ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə çox ciddi qiymət artımı müşahidə olunmur. Bəzi məhsulların qiymətində artım varsa da, bu, mövsümlə bağlıdır”. Geri dön |