Ana Sayfa > Xəbər > Marketlərdə qiymətlər bahalaşma SƏBƏBLƏRİ - FOTO

Marketlərdə qiymətlər bahalaşma SƏBƏBLƏRİ - FOTO


16-12-2015, 15:06. Yazar: admin
Marketlərdə qiymətlər bahalaşma SƏBƏBLƏRİ - FOTO
Son günlər ölkənin bir sıra marketlərində qiymət artımı müşahidə olunur. Hafta.az-a müraciət edən Bakı sakinləri əsasən “Araz”, “Bizim market” və “Bazar store” marketlər şəbəkələrində qiymətlərin bahalaşdığını bildirib.

Bakı sakini Nuriyev Fuadın müxbirimizə verdiyi xəbərə görə, “Bazar store”də qiymət artımı daha qabarıq formada özünü biruzə verir:

“Mən hələ ötən həftə buradan Ancor kərə yağının bir qutusunu 2 azn-ə alırdım. Hazırda isə onun qiyməti 2.20 azn olub. Gürcüstan İstehsalı olan "Nataktari" limonadlarının qiymətində də artım müşahidə olunub. 1.15 azn olan limonadlar hazırda. 1.25 azn-ə satılır”.

Özünü Sevda Abdulalyeva kimi təqdim edən başqa müşdəri isə süd məhsulları, və yumurtanın bahalaşdığını bildirdi:

“Yumurtanın bahalaşmasını yəqin ki hamı müşahidə deib bir neçə gün bundan öncə 0.12 azn olan yumurta hazırda 0.15, 0.16 azn-ə satılır. Bundan əlavə “Bazar store” də daima aldığım Azər süd markalı südün də qiyməti bahalaşıb. Belə ki, bir müddət öncə bu məhsulu 1 azn-ə aldığım halda, indi qiymət 1.19 azn olub Həmçinin yarımfabrikant sup məhsullarının qiymətində də artım var. Belə ki, bir müddət öncə 0.60 azn ə satılan suplar hazırda 0.70- 080 azn ə satılmaqdadır”.

Əməkdaşımızla söhbət edən “Bazar Store” nin satıcısı qiymət artımı faktını təsdiqlədi və bildirdi ki, buna səbəb firmaların qiyməti artırmasıdır.

Marketlərdə qiymətlər bahalaşma SƏBƏBLƏRİ - FOTO

“Araz” supermarketlər şəbəkəsində də bir sıra məhsulların qiymətində artım müşahidə olunub. Əsasən kolbasa məhsulları və sulu yağın qiymətində bahalaşma halları qeydə alınıb.

“Bizim market” şəbəkələrində də qiymət artımı müşahidə olunub. Müştərilərin əməkdaşımıza verdiyi məlumata görə marketdə əsasən yağ, süd, çay həmçinin Rusiya, Ukrayna və Türkiyədən gətirilmiş şirniyyat məhsullarının qiymətində də bahalaşma halları qeydə alınıb.

Hafta.az-ın müxbiri qiymət artımında adı hallanan firmaların nümayəndələri ilə də əlaqə saxladı.

Marketlərdə qiymətlər bahalaşma SƏBƏBLƏRİ - FOTO

"Nataktari" limonadlarını Bakıdakı dükanlara paylayan şəxsin sözlərinə görə, ötən ilin bu günü onlar marketlərə 1 litrlik linonadları 0.75 azn-ə paylayırdılarsa indi qiymət artımına görə, 1 azn ə paylayırlar. Bunlara səbəb isə dolların bahalaşmasıdır. Belə ki, firma alış-verişi ABŞ dolları vasitəsi ilə həyata keçirir.

Dükanlara yumurta paylayan bir başqa ekspeditor əməkdaşımıza açıqlama verərək bildirdi ki, hazırda onların da mallarının qiymətində bahalaşma müşahidə olunmaqdadır:

“Mən yumurtanı əsasən Giləzi qəsəbəsindən alıram. Əvvəllər istədityim qədər məhsul ala bilirdimsə, son 10 gündə problemlərlə üzləşmişəm. Azalmada və qiymətin artımında təbii amillər də var. Hazırda havaların soyuması ilə əlaqədar olaraq toyuqlarda yumurtama prosesi əvvəlki fəsillərə nisbətən azalır. Təbii ki, broyler toyuqları öz məhsullarını verməkdə davam edirlər. Amma əvvəlki kimi yox. Kənd toyuqları isə hazırkı fəsildə məhsuldarlığını çox aşağı salıb. Belə ki, havalar normal olanda bu toyuqlar gündəlik məhsul vermək qabiliyyətində olurlar. Amma indi onların məhsuldarlığı aşağı düşüb və nəticədə qiymət artımı müşahidə olunmaqdadır”.

Marketlərdə qiymətlər bahalaşma SƏBƏBLƏRİ - FOTO

Statistika komitəsinin yaydığı məlumata görə, 2015-ci ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 50,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,1 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyərin 33,7 faizi sənayedə, 13,7 faizi tikintidə, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 18,7 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil etmişdir. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1,9 faiz artaraq 5255,5 manata bərabər olub.

Geri dön