Ana Sayfa > Xəbər > Azərbaycan millisinin idmançısında dopinq tapıldı
Azərbaycan millisinin idmançısında dopinq tapıldı16-12-2015, 10:13. Yazar: admin |
![]() ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatında dopinqdə “ilişən” idmançıların siyahısı açıqlanıb. Vertikal.az apasport.az-a istinadən xəbər verir ki, analizi müsbət cavab verən 4 atletdən biri Azərbaycan millisinin idmançısıdır. Belə ki, apreldə 2 illik diskvalifikasiya müddəti başa çatan milliləşdirilmiş legionerimiz Silviya Angelovanın orqanizmində yenidən istifadəsi qadağan olunan preparat aşkar olunub. Bolqarıstan əsilli, 33 yaşlı atletin B testi müsbət nəticələndiyindən A testindən keçmək məcburiyyətindədir. Əgər bu sübuta yetirilərsə, 48 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Silviya ömürlük cəzalandırıla bilər. Qeyd edək ki, noyabrın 20-28-də ABŞ-da keçirilən mundialda Angelova cəmi 5 rəqibini qabaqlayaraq, 34-cü olmuşdu və komandamızın aktivinə xal yazdıra bilməmişdi. Həmçinin, Avro-2012-də bürünc və Avro-2013-də gümüş medal qazanan idmançının qanında turinabol tapıldığından nəticələri ləğv edilmişdi. Məhz həmin vaxt o 2 illik cəzalanmışdı. Geri dön |