Ana Sayfa > Xəbər > “İndiki çətin şərtlər daxilində TANAP ciddi uğurdur”
“İndiki çətin şərtlər daxilində TANAP ciddi uğurdur”15-12-2015, 17:12. Yazar: admin |
![]() Bir neçə gün əvvəl Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz boru kəmərinin - TANAP layihəsinin sürətləndirilməsi ilə əlaqədar razılıq əldə olunması barədə yayılan xəbərlər kəmərlə bağlı müzakirələri genişləndirib. Əksər ekspertlər bunun hər iki ölkə üçün sərfəli olduğunu bildirirlər. Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, hazırda enerji bazarlarında müşahidə olunan qiymət enişi qaz kəmərlərin tikintisinə də təsirsiz ötüşməyəcək: “Neftin qiymətlərinin ucuzlaşması fonunda qazın da qiymətinin aşağı düşməsi bəzi investorların həm hasilat və həm də nəqliyyat infrastruktur layihələrinə dair planlarına yenidən baxmasına məcbur edə bilər. Çünki hazırda istehsalçı şirkətlərlə qazın tariflərinin müəyyənləşdirilməsi çox əhəmiyyətlidir. TANAP-la bağlı Rusiya ilə münasibətlərin pisləşməsindən sonra Türkiyənin enerji təhlükəsizliyi məsələsi danışıqları sürətləndirilsə də, hələ ümumi işin gedişində ciddi dəyişikliklərdən danışmaq tezdir. Hesab edirəm ki, indiki çətin şərtlər daxilində TANAP-ın hətta vaxtında işə salınması özü də ciddi uğur kimi qiymətləndirilə bilər. İstənilən halda, hadisələri qabaqlamaq mümkün olmayacaq və kəmər tikintisini sürətləndirmək o qədər də asan məsələ deyil”. Azərbaycanın qaz ehtiyatlarına gəlincə isə, ekspert qeyd edib ki, TANAP-ı təmin edəcək qədər ehtiyatlarımız var: “Odur ki, bu məsələ hələlik ciddi narahatlılıq yaratmır və hazırda ön planda kəmər məsələsidir”. Əksər ekspertlər bildirirlər ki, əsas məsələ layihənin inşasının sürətləndirilməsidir. Layihənin reallaşması Türkiyə və Azərbaycan üçün çox vacibdir. Çünki Azərbaycan bununla daha qısa zamanda qazını Türkiyə və Avropa bazarına çıxarmaq imkanı qazanacaq. Geri dön |