Ana Sayfa > Xəbər > Tanınmış məşqçi asıb-kəsdi: "İkisinin də başında turp əkərdim...”
Tanınmış məşqçi asıb-kəsdi: "İkisinin də başında turp əkərdim...”8-04-2015, 12:35. Yazar: admin |
"“Xəzər Lənkəran”-“Neftçi” matçı daha “Böyük oyun” deyil. Bu ifadə əhəmiyyətini itirib”. Bunu apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib. Yaxın keçmişdə “Neftçi”yə uğurlar qazandırmış Hacıyev ölkə çempionatının XXIX turu çərçivəsində keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçını dəyərləndirib. Onun fikrincə, prinsipial rəqiblərin qarşılaşmasına əvvəlki maraq yoxdu: “Xəzər Lənkəran” strategiyasını dəyişdi, gəncləşdirmə siyasətinə keçdi. “Neftçi”nin isə heyətlə bağlı problemləri var. Karlos Kardoso, Mirhüseyn Seyidov, Ernest Nfor, Rauf Əliyev kimi futbolçular bu görüşü buraxmalı olacaqlar. “Neftçi”nin favorit olub-olmadığını oyun göstərəcək”. “Simurq”la matçdan sonra “Neftçi”nin futbolçuları Julius Vobay və Nikolas Kanales qınaq obyektinə çevrildi. Vobay meydanda göstərdiyi qeyri-etik jestinə, Kanales isə qol vurduqdan sonra formasını yerə atdığına görə tənqid olundu. Bu məsələyə də özünəməxsus şəkildə münasibət bildirən Hacıyev maraqlı fikir səsləndirib: “Mənim vaxtımda nə Kanales formasını yerə atıb, nə də Vobay o cür hərəkət edib. Mən öz dövrümə cavabdehəm. “Neftçi”ni çalışdıranda həm Kanales, həm də Vobay meydanda özünü həmişə səliqəli aparıb. Əgər mənim vaxtımda belə şey olsaydı, hər ikisinin başında turp əkərdim”. Geri dön |