Ana Sayfa > Xəbər > Erməni KİV: “Belə getsə, valyuta ehtiyatı yox olacaq”

Erməni KİV: “Belə getsə, valyuta ehtiyatı yox olacaq”


8-04-2015, 12:25. Yazar: admin
Erməni KİV: “Belə getsə, valyuta ehtiyatı yox olacaq”
“Ermənistan bir aya 70 milyon dollar itirir”.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın “Aykakan Jamanax” qəzeti yayıb.

Qəzetin məlumatına görə, iqtisadiyyatın bu templə davamı Ermənistanın valyuta ehtiyatını yox çıxaracaq:

“İlk baxışda Mərkəzi Bankın bu açıqlaması yaxşı xəbərdir. Amma sual ondan ibarətdir ki, son illər ərzində bizim rezervlər mütəmadi olaraq 2 milyard dollardan 1 milyard 260 milyona qədər azaldı. Mart ayında isə o birdən-birə 230 milyon dollar qalxdı. Görünür, bir neçə həftə əvvəl avrobondlar vasitəsilə cəlb olunan 500 milyon dollarlıq kreditin 300 milyon dolları xarici rezervlərin doldurulmasına yönəldilib. Xarici rezervlərə 300 milyon dolların yönəldilməsindən sonra dollarla olan rezervlər yalnız 230 milyon dollar həcmində qalxmağı bacarıb. Sadə riyazi hesablama göstərir ki, son bir ay ərzində Ermənistan öz rezervlərini qorumaq üçün 70 milyon dollar xərcləyir. Əgər bu templərlə getsə, Ermənistanın valyuta ehtiyatı yox olacaq”.

Qeyd edək ki, bundan öncə Ermənistanın Mərkəzi Bankı valyuta ehtiyatlarının 1 milyard 469 milyon dollar olduğunu açıqlamışdı.

Geri dön