Ana Sayfa > Xəbər > Ekspertlər Putinin kovboy yerişindən danışdılar

Ekspertlər Putinin kovboy yerişindən danışdılar


15-12-2015, 14:51. Yazar: admin
Ekspertlər Putinin kovboy yerişindən danışdılar
Dünya eskpertləri Rusiya prezidenti Vladimir Putinin ayrı-ayrı jest və hərəkətlərini diqqətlə analiz edərək onun şəxsiyyətini və gələcək siyasi xəttini müəyyən etməyə çalışırlar. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bədən dili və jestlər üzrə ixtisaslaşan mütəxəssislər Putinin spesifik yerişinə diqqət yetiriblər.

“Rusiya prezidenti bəlkə də bilmir, amma onun yerişi Vəhşi Qərbin kovboy yerişini xatırladır, - “The Times” nəşri yazır. Qəzetin iddiasına görə, Putin və digər yüksək vəzifəli rus məmurlarının yerişi təcrübəli ovçunun yerişini xatırladır.

Kreml sahbinin videogrüntülərini izləyən ekspertlər onun sol qolu ilə müqayisədə sağ qolundan daha az istifadə etdiyinə diqqət yetirirlər. O, yeriyəndə sağ qolu demək olar hərəkətsiz vəziyyətdə qalır. Hesab olunur ki, bu Putinin Dövlət Təhlükəsizli Komitəsində (“KQB”) xidmət etdiyi zaman keçdiyi silah hazırlığının nəticəsidir.

Hollandiyanın Neymeqen şəhər “Parkinsno” Mərkəzinin professoru Bas Blum “KQB”nin kəşfiyyatçılar üçün hazırladığı təlimat kitbabında maraqlı qeydə rast gəlib: “Yeriyərkən silahlı sinəyə yaxın, yaxud sağ əldə saxlamaq lazımdır. Hərəkət edəndə, adətən, sol tərəflə aktiv irəliləmk lazımdır”.

Maraqlıdır ki, müşahidələr Putinlə yanaşı, baş nazir Dmitri Medvedevin, keçmiş müdafiə naziri Anatoli Serdyukovun, prezident administrasiyasının rəhbəri Sergey İvanovun və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkiklatının birləşmiş qərargahının rəisi Anatoli Sidorovun da sağ qolunun yeriyərkən hərəkətsiz qaldığını göstərir.

Ekspertlərin fikrincə, bütün bunlar onların ortaq keçmişi ilə - Serdyukovun ehtiyatda olan zabit, Sidorovun general-polkovnik, İvanovun isə Putin kimi “KQB” işçisi olması ilə əlaqəlidir.

Dmitri Medevedevə gəlincə, onun hələ 2007-ci ildə yerişini Putinə bənzətməyə başladığını, son vaxtlar isə səs tembrini də prezidentə oxşatdığını müşahidə edirlər.

Pentaqonun siyasətçilərin jest və mimikalarının öyrənən tədqiqatçı qrupu isə Putinin yerişində tarazlığın pozulduğunu müəyyən ediblər. Tədqiqat qrupu ilə əməkdaşlıq edən Brend Konnors isə onun gəncliyində hansısa fizki problemlə mübarizə apardığını və bu mübarizədən qalib çıxaraq, öz bədənini möhkəmləndirdiyini düşünür. Lakin Konnors hansı fiziki problemdən söhbət getdiyini deyə bilməyib.

2012-ci ildə Qərb mediası Putinin belində problem yarandığını və prezidentin buna görə yeriyərkən axsadığını iddia edirdi. Kreml isə prezidentin axsamağını onun keçmişdə idman zədəsi alması ilə əsaslandırırdı.

Geri dön