Ana Sayfa > Xəbər > Azərbaycanda maaşlar artdı
Azərbaycanda maaşlar artdı15-12-2015, 13:48. Yazar: admin |
![]() Dövlət Statistika Komitəsi cari ilin 11 ayı ərzində iqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə məlumat yayıb. Axar.az xəbər verir ki, cari ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1504,7 min nəfər olub. Onlardan 877,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 626,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 22,3 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1 faizi sənaye, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 17,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub. 2015-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artaraq 462,0 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqında da artım müşahidə olunub. Geri dön |