Ana Sayfa > Xəbər > “Biz 25 məhkumu əfv siyahımıza salmışıq”

“Biz 25 məhkumu əfv siyahımıza salmışıq”


15-12-2015, 13:25. Yazar: admin
“Biz 25 məhkumu əfv siyahımıza salmışıq”
Xəbər verdiyimiz kimi, Əfv məsələləri üzrə Dövlət Komissiyası xeyli vaxtdır iclaslar keçirir. Bu, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində ölkə başçısı İlham Əliyevin yeni əfv sərəncamı imzalayacağından xəbər verir.

Bu haqda Modern.az saytına məlumat verən İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı əfvlə bağlı ümidli olduqlarını açıqlayıb:

“Mərhum prezident Heydər Əliyevin vaxtından qoyulan ənənədir ki, Yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi günü ərəfəsində ölkə başçısı əfv sərəncamı verir. Artıq Əfv Komissiyası da iclaslar keçirir. Bu da deməyə əsas verir ki, əfv sərəncamı veriləcək”.

S.Qocamanlı bildirib ki, hüquq müdafiəçilərinin hazırladıqları siyahıda 27 məhbusun adı var: “Bəziləri hüquq müdafiəçisi Novella Cəfəroğlunun adından yazıb ki, sərəncam 100 nəfərə şamil olunacaq. Bilirsiniz, bizim siyahıda 200 nəfər yoxdur ki, o sözü əminliklə desin. Sərəncam bəlkə 140 nəfərə, bəlkə 15 nəfərə şamil olunacaq. Bunu bilmək hüququ birbaşa prezident İlham Əliyevin səlahiyyətindədir. Bizim siyahıda 27 nəfər idi, hazırda 25 nəfərdir. Onlardan ikisi Leyla Yunus və Arif Yunus ağır cinayətdə ittiham edilən məhbuslar azadlığa çıxdısa, biz inanırıq ki, digərlərinə də “yaşıl işıq” yanacaq”.


Geri dön