Ana Sayfa > Xəbər > Ən çox jurnalist Çin və Misirdə həbsdədir
Ən çox jurnalist Çin və Misirdə həbsdədir15-12-2015, 11:51. Yazar: admin |
![]() Bu il ən çox jurnalist Çində və Misirdə həbsə atılıb. Ümumilikdə isə, dünyada həbs olunan jurnalistlərin sayı son 3 ildəki rekord həddən düşməkdədir. Bunu Nyu-Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) yeni hesabatında deyir. Dekabrın 15-də açıqlanmış hesabatda qeyd olunur ki, hazırda dünyada işinə görə 199 jurnalist həbsdədir. Ötən il bu rəqəm 221 idi. Dekabrın 1-dək Çində 49, Misirdə 23, İranda 19, Eritreyada 17 və Türkiyədə 14 jurnalist həbsdə qalıb. Hesabatda vurğulanır ki, Azərbaycan keçmiş sovet respublikaları içində bu sahədə öndə gedir. 2015-ci ildə səkkiz jurnalist məhkum edilib. AzadlıqRadiosunun araşdırmaçı-jurnalisti Xədicə İsmayıl da onların içindədir. Hakimiyyət təmsilçiləri ölkədə peşəsinə görə heç kəsin təqibə məruz qalmadığını, fərdlərin konkret cinayətlərə görə həbs olunduqlarını bəyan edir. Geri dön |