Ana Sayfa > Xəbər > MNX: Neftçilərin vəziyyəti stabildir

MNX: Neftçilərin vəziyyəti stabildir


15-12-2015, 11:16. Yazar: admin
MNX: Neftçilərin vəziyyəti stabildir
SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərin vəziyyəti stabildir.

MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, hazırda xəstəxanada olan 20 neftçinin müalicəsi davam edir: “Bu gün neftçilərdən kiminsə ambulator müalicəyə göndərilməsi gözlənilmir. Neftçilərin vəziyyəti normaldır və psixoloq müayinəsindən keçirlər. Heç kimin səhhətində pisləşmə yoxdur”.

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

Geri dön