Ana Sayfa > Xəbər > Tolikdən İlhamə Quliyevaya - Sərt cavab
Tolikdən İlhamə Quliyevaya - Sərt cavab14-12-2015, 16:43. Yazar: admin |
Prodüser Tarix Əliyev ( Tolik) xalq artisti İlhamə Quliyevanın müğənni Elton Hüseynəliyevə qarşı ifadə etdiyi sərt fikirlərə münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, prodüser Eltona qarşı işlədilən "çaşma" sözünə sərt reaksiya verib. "Bu gün Elton efirdə olub və deyib ki, mən İlhamə Quliyevanın qanunlarını bilmirəm. Ölkəmizdə bir qanun var, o da konstitusiyanın qoyduğu qanundu. Aygün Kazımovaya gəldikdə isə. İlhamə Quliyevanın haqqında dedikləri yadından çıxıb? Mən yadına salaram. Natavan və Aygün davasına qarışmıram. Amma mənim müğənnim Eltona heç kim “çaşma” deyə bilməz, statusundan asılı olaraq... Qarşısında məni görər". Tolik xalq artisti Aygün Kazımovanın onun arxasınca danışdığını iddia edib: "Düzdür, dünən Aygün Eltona yığıb deyib ki, efirə getmə. Hələ deyib ki, Toliklə işləmə. Ay Aygün, sən özün məhkəmədə uduzmusan, mən də sənə görə özümü bu davaya saldım. Bu nə vaxtacan davam edəcək? Mən bezdim üzümə gülüb arxamca danışmağından. Aygün filankəsin qəbulunda olub, nəbilim neynəyib...Bu ölkədə dərəlbəylikdi? Ölkənin qanunu var. Heç kim heç kimə xof gələ bilməz. Bu özbaşınalıq bitməsə mən bilirəm kimlərin adını açıqlayacam. Aygün kimləsə yemək yeyibsə o demək deyil ki, nə istəsə eliyə bilər? Aygün kimdir? Azərbaycanın vətəndaşı...İlhamə Quliyeva mənimlə danışıb, o Aygünün tərəfində ola bilməz. Onları da mən barışdırmışam". Geri dön |