Ana Sayfa > Xəbər > Hakan Şükür deputatlığa müstəqil namizəd olacaq

Hakan Şükür deputatlığa müstəqil namizəd olacaq


8-04-2015, 11:37. Yazar: admin
Hakan Şükür deputatlığa müstəqil namizəd olacaq
Aprelin 7-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP), müxalifətdə oloan Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyası (HDP) deputatlığa namizədlərin siyahısını açıqlayıblar.

Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, bu siyahılarda bir çox tanınmışların adları olsa da, bir çoxları kənarda qalıb. Bunun obyektiv və subyektiv səbəbləri var.

Məsələn, Türkiyənin tanınmış keçmiş futbolçusu Hakan Şükür 2013-cü ilin dekabrında keçirilən böyük rüşvət əməliyyatından sonra hakim partiyadan istefa verib. Bu səbəbdən onun AKP-dən yenidən namizədliyinin irəli sürülməsi mümkün deyildi. Buna baxmayaraq Hakan Şükür iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak edəcək.

AKP-dən istefa verdikdən sonra müstəqil olaraq millət vəkilliyini davam etdirən Hakan Şükür bu seçkilərdə İstanbul 3-cü Bölgədən müstəqil millət vəkili namizədliyi üçün müraciət edib.

Geri dön