Ana Sayfa > Xəbər > Vitse-spiker deputata: “Bura uşaq bağçası deyil” - VİDEO
Vitse-spiker deputata: “Bura uşaq bağçası deyil” - VİDEO14-12-2015, 15:03. Yazar: admin |
Müxalifətdə olan “İrs” partiyasının deputatı Zauri Postandjyan parlamentdə bir gündə ikinci aksiyanı keçirib. Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, o, ikinci dəfə də birinci dəfəki kimi aparıb: mikrofonu söndürülməsinə və sədrin xəbərdarlığına baxmayaraq tribunadan çıxışını davam etdirib. Postandjyan vitse-spiker Eduard Şarmazanovun tələbinə də məhəl qoymayıb: “Siz evinizdə nə qədər istəsəniz danışa bilərsiniz. Bura uşaq bağçası deyil, nəhayət başa düşün. Burada mövzu ilə bağlı danışmaq lazımdır və digər deputatların hüququna hörmət edilməlidir. Əgər sizin çıxışınız qurtarıbsa, parlamentin işinə mane olmayın, həmkarlarınızın çıxışına imkan verin. Bu, sadəcə, hoqqabazlıqdır”, - Şarmazanov bəyan edib. Zauri Postandjyanın tribunanı tərk etməməsi parlamentin iclasını pozub. Şarmazanov fasilə elan etmək məcburiyyətində qalıb. Geri dön |