Ana Sayfa > Xəbər > Elçin Mirzəbəyli “Lider”də veriliş aparacaq
Elçin Mirzəbəyli “Lider”də veriliş aparacaq14-12-2015, 12:57. Yazar: admin |
![]() Bu gündən etibarən Lider Televiziyasının efirində yeni layihəyə start verilir. Modern.az xəbər verir ki, tamaşaçılar hər həftənin bazar ertəsi, saat 21:00-da yayımlanacaq “Geosiyasət” verilişini tanınmış jurnalist və siyasi şərhçi Elçin Mirzəbəylinin təqdimatında izləyə biləcəklər. “Geosiyasət” verilişində dünyanın siyasi coğrafiyasına nəzər salınacaq, baş verməkdə olan mürəkkəb geosiyasi proseslərin tarixi kökləri və inkişaf perspektivləri incələnəcək. İlk veriliş Şimali Afrika və Suriyada baş verən proseslərə, Türkiyə-Rusiya münasibətlərinə həsr olunub. Geri dön |