Ana Sayfa > Xəbər > 170 saylı məktəbdə “yığım kampaniyası” 170 saylı məktəbdə “yığım kampaniyası”: Direktorun “xüsusi tarifləri” var

170 saylı məktəbdə “yığım kampaniyası” 170 saylı məktəbdə “yığım kampaniyası”: Direktorun “xüsusi tarifləri” var


10-03-2015, 11:42. Yazar: admin
170 saylı məktəbdə “yığım kampaniyası”  170 saylı məktəbdə “yığım kampaniyası”: Direktorun “xüsusi tarifləri” var
Ölkənin təhsil sistemində dövlət tərəfindən həyata keçirilən əsaslı islahatlar müəyyən irəliləyişlərə zəmin yaratsa da, cəmiyyətdə gözlənilən nəticələr hələ də müşahidə olunmur. Təbii ki, bu vəziyyət heç də islahatlar paketinin effektsizliyi ilə şərtlənmir. Əksinə, bu istiqamətdə atılması nəzərdə tutulan addımlar az müddət ərzində Azərbaycanın təhsil sistemini ən qabaqcıl dünya standartlarına cavab verəcək səviyyəyə çatdırmağa sərrast hesablanmışdır. Lakin müəyyən, sırf subyektiv səbəblər bu prosesləri ləngidir. Biz dəfələrlə öz yazılarımızda belə fikri önə çəkmişik ki, gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır. Belə olduğu halda isə bu tədris müəssisələrində şagirdlərdə hələ uşaq yaşlarından rüşvətə alışqanlıq yaradılması, korrupsiya mərəzinin onların şüuruna və qanına yeridilməsi hallarına nə ad vermək olar? Təəssüflər olsun ki, bu gün bir çox orta məktəblərdə “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında hələ də kütləvi rüşvət yığımları davam edir. Bu yönümdə xüsusilə seçilən tədris müəssisələrindən biri də paytaxtın Sabunçu rayonunda yerləşən 170 saylı məktəbdir. Redaksiyamıza daxil olan məlumatlarda məktəbin direktoru Nuranə Mirzəyevanın fəaliyyətini davamlı olaraq müşayiət edən bir sıra neqativ hallar barədə açıqlamalar təqdim edilir. Mənbələrin iddialarına görə 170 saylı məktəbin ibtidai sinif şagirdləri üçün stabil olaraq 5 manat məbləğində aylıq yığım müəyyən edilmişdir. Yuxarı siniflər üçün bu məbləğ artaraq 8-10 manatcivarında müəyyənləşir. Həmçinin burada məktəbin müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ təxminən 5-6 min manata çatdırılır. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllimin ödəməli olduğu məbləğ 800 manatdır. Təbii ki, təqvimlə qeyd olunan dövlət bayramları, müxtəlif yubileylər, imtahan və sınaqlar, attestat və şəhadətnamələrin təqdimatı ilə bağlı “gəlirlər” Nuranə xanımın şəxsi hesabat cədvəlində xüsusi qrafalarda yer alır. Redaksiyamıza daxil olan məlumatlarda həmçinin bildirilir ki, Nuranə Mirzəyevanın rəhbərlik etdiyi məktəbdə baş verən qanunsuzluqlar, şagird və valideynlərin hüquqlarının mütəmadi olaraq kobud şəkildə pozulması faktları bu müəssisənin fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Məktəbin direktoru gələcəkdə yarana biləcək hər hansı problemlərdən özünü sığortalamaq məqsədilə hələ birinci sinifə qəbul olan şagirdlərin arasında artıq cox ciddi seçim aparır. Daha doğrusu bu seçim şagirdlərin valideynlərinə və xüsusən də onların maddi imkanlarına şamil olunur. Belə ki, övladının 170 saylı məktəbdə təhsil almasını istəyən hər bir valideyn ilk növbədə direktora 200-250 manat rüşvət öəməlidir. Əgər bu ilkin mərhələdə valideynlər hər hansı narazılıq və ya güzəşt tələbləri irəli sürmürlərsə, deməli gələcəkdə də onların bütün “ödənişləri” dinməzcə həyata keçirəcəklərini gözləmək olar. Bu tələblərə cavab verə bilməyənlər isə başqa, daha ucuz məktəblərə müraciət edə bilərlər. Yeri gəlmişkən bunu da qeyd edək ki, son aldığımız məlumatlarda 170 saylı orta məktəbdə qarşıdan gələn 8 Mart beynəlxalq qadınlar günü münasibətilə növbəti pul yığımlarının artıq başa çatmaq üzrə olduğu bildirilir. Qeyd olunur ki, orta hesabla hər sinifdən yığılan pulun mələği 300 manat civarındadır. Necə deyərlər, bayramınız mübarək, əziz valideynlər!

Geri dön