Ana Sayfa > Xəbər > `Əli Kərimli Fuad Qəhrəmanlıya demədi ki...` - Razi Nurullayev
`Əli Kərimli Fuad Qəhrəmanlıya demədi ki...` - Razi Nurullayev9-12-2015, 17:44. Yazar: admin |
![]() “Öncə Fuad Qəhramanlının həbsindən üzüldüyümü bildirirəm. Ona tezliklə azadlıq arzulayıram. Məhbusluq məşəqqətdir. Siyasətdə olan adamlar isə heç zaman həbsdən xali deyillər”. Bu sözləri AXCP-lərdən birinin sədri Razi Nurullayev yazıb. O, bildirib ki, Fuad Qəhrəmanlı həbsdən qaça da bilərdi: “Onu, "Yurd" Partiyasının sədri Əli Kərimli dayandırmalı idi. Amma, dayandırmadı. Özü liberal yazdı, iqtidara sərf edən cümlələr işlətdi və özünü dövlətçi kimi qələmə verdi. Amma, ətrafında zombiləşdirdiyi adamlara demədi ki, belə həssas bir mövzu və məqamda lazımsız çağırışlar etməyin, Roma Papasından çox Katolik olmağa çalışmayın. Əgər sən liberal və hakimiyyətin siyasəti ilə uzlaşan yazılar yazırsansa, orbitində fırlatdığın və beyinlərini yuduğun adamlara niyə məsləhət verə bilmirsən? Heç olmasa bu məsləhəti indi ver”. Nurullayev qeyd edib ki, Fuad Qəhrəmanlı ağlı başında bir insandır: “O, nə etdiyini gözəl bilirdi. Amma, hər şeyin, hər hərəkətin və hər bir icazənin belə sərhədi var. Sərhədi aşanda fəlakət olur. Allah qapını açsın”. Geri dön |