Ana Sayfa > Xəbər > “MTN-nin yerlərdəki strukturlarının təftişi zəruridir, çünki...”
“MTN-nin yerlərdəki strukturlarının təftişi zəruridir, çünki...”9-12-2015, 16:10. Yazar: admin |
![]() Sabiq MTN rəhbərliyinin törətdiyi qanunsuzluqlar bu qurumun mərkəzi aparatı ilə yanaşı, yerlərdəki şöbələrində də əsaslı təftiş aparılmasının zəruriliyi ilə bağlı fikirlərə yol açıb. Maraqlıdır, MTN-nin rayon şöbələrində hər hansı təftişin aparılmasına ehtiyac varmı? Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov MTN-nin rayon şöbələrində təftişin reallaşmasının tərəfdarı olduğunu vurğuladı: “Mən də əvəllər hüquq-mühafizə orqanlarında işləmişəm. Həm də rayonlarda işləmişəm. Biz o zaman MTN-nin rayon şöbələrinin hər hansı sahəyə müdaxiləsini görmürdük. Amma 2004-cü ildən sonra MTN-nin yerlərdəki strukturlarının törətdiyi qanunsuzluqlarla bağlı məlumat alanda, mən özüm də təəccüblənirəm. Görünür, 2004-cü ildən, yəni MTN rəhbərliyi dəyişəndən sonra struktur vahidlərinin fəaliyyəti “obaxeyis” fəaliyyətinə yönəlib. Yerli qurumlar da görürlər ki, nazirliyin başında oturanlar nə işlə məşğuldur, yerlərdə də bu fəaliyyəti olduğu kimi həyata keçirirlər. Belə olduğu təqdirdə, şübhəsiz ki, MTN-nin yerlərdəki fəaliyyəti də araşdırılmalıdır. Yerli şöbə rəislərinin, ayrı-ayrı əməkaşdaşların hansı qanunsuzluqlar törətməsi ortaya çıxarılmalı, onların cəzalandırlması təmin edilməlidir. Əgər onların cəzalandırılması həyata keçirilməsə, bunun çox pis nəticələri olacaq. Çünki həmin şəxslər törətdikləri qanunsuzluqlara görə cəzalandırılmayanda, gələckdə ağır və ya xüsusi ilə ağır cinayətlər törədəcəklər. MTN-lə bağlı yayılan məlumatlardan görünür ki, qanunsuzluqlar yalnız nazirliyin aparatı ilə məhdudlaşmayıb, rayonlardakı şöbələrini də əhatə edib. Buna görə də düşünürəm ki, rayon təşkilatlarının da fəaliyyətinin araşdırılması zərurəti mövcudur”. Geri dön |