Ana Sayfa > Xəbər > Evini külək uçurdu, palatkaya yığışdı - Lənkəranda
Evini külək uçurdu, palatkaya yığışdı - Lənkəranda9-12-2015, 15:32. Yazar: admin |
Lənkəran rayon, Viyən kənd sakini Əliyar Cəfərov “Qafqazinfo”ya müraciət edib. O bildirib ki, 1 ildir qəzalı vəziyyətdə olan evi dekabrın 4-də güclü tufan nəticəsində uçub: “Biz ailədə yeddi nəfərik. Hazırda palatkada yaşayırıq. Özüm də işsizəm. Mənə sosial yardım da vermirlər. Neçə gündür əlaqədar qurumlara müraciət etmişik. Amma icra hakimiyyətindən də məni qəbul etmirlər. Deyirlər ki, kənd sovetindən arayış gətirməlisən, o da arayış vermir. Biz bu soyuqlu havada dörd azyaşlı uşaqla birgə nəmişli palatkada yaşamağa məcbur qalmışıq. Bizim səsimizə cavab verən yoxdur”. Geri dön |