Ana Sayfa > Xəbər > Tiflislə “Qazprom” razılaşmadı
Tiflislə “Qazprom” razılaşmadı9-12-2015, 15:10. Yazar: admin |
“Qazprom” rəhbəri Aleksey Millerlə Gürcüstan Energetika naziri Kaxa Kaladzenin Lüksemburq görüşündə bu dəfə də tam razılıq əldə edilməyib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya şirkəti öz rəsmi saytında yerləşdirib. Şirkət tərəflər arasında yalnız Rusiya qazının Gürcüstan ərazisindən tranziti və bu ölkəyə kommersiya xarakterli tədarükü ilə bağlı müzakirələrin davam etdirildiyini bildirib. Rəsmi Tiflis isə hələlik görüşlə bağlı heç bir informasiya yaymayıb. Qeyd edək ki, “Qazprom” 2014-cü Gürcüstana 0,3 milyard kub metr kommersiya xarakterli qaz ötürüb. Rəsmi Tiflis, ümumiyyətlə, Rusiyadan qaz alışını artırmaq istədiyini bəyan edib. Rusiya ilə bərabər Tiflis enerji mənbələrinin diversifikasiyası üçün İranla da danışıqlara başlamağı nəzərdə tutub. Gürcüstan müxalifəti isə hazırkı hakimiyyətin Rusiya ilə bağlı siyasətinə kəskin etirazlar edib. Müxalifət “Gürcü arzusu” koalisiyasını Moskvanın maraqlarına xidmət etməkdə günahlandırıb. Ekspertlər isə müqavilənin imzalanacağı təqdirdə Rusiyanın Cənubi Qafqazda təsirini artıracağını və Ermənistanın enerji ilə təchizatının daha da asanlaşacağını söyləyiblər. Hazırda Gürcüstanın qaza olan tələbatının böyük bir hissəsini SOCAR ödəyir. Energetika naziri Kaxa Kaladze bir müddət öncə Gürcüstanın qaza olan tələbatının hamısını Azərbaycanın ödəmək iqtidarında olmadığını söyləsə də, SOCAR bunu təkzib edib. Bundan öncə Gürcüstanla “Qazprom” arasında danışıqlar Milanda baş tutub. Tərəflər arasında danışıqların bu ilin sonuna qədər bitirilməsi nəzərdə tutulub. Geri dön |