Ana Sayfa > Xəbər > Pentaqon: İslam əleyhinə çıxışlar ABŞ-ın təhlükəsizliyini təhdid edir

Pentaqon: İslam əleyhinə çıxışlar ABŞ-ın təhlükəsizliyini təhdid edir


9-12-2015, 13:14. Yazar: admin
Pentaqon: İslam əleyhinə çıxışlar ABŞ-ın təhlükəsizliyini təhdid edir
“ABŞ-ı İslam dini ilə qarşı-qarşıya gətirən bütün açıqlamalar həm dəyərlərimizə, hə də milli təhlükəsizliyimizə təhdiddir.”

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon sözçüsü Piter Kuk bildirib. O deyib ki, müsəlmanların təcridinə yönəlik açıqlamalar İŞİD-ə olan dəstəyi artırır.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp müsəlmanların Birləşmiş Ştatlara buraxılmamasına dair çağırış edib.

Geri dön