Ana Sayfa > Xəbər > Lənkəranda transformator problemi

Lənkəranda transformator problemi


9-12-2015, 12:58. Yazar: admin
Lənkəranda transformator problemi
Lənkəran rayonu Göyşaban kənd sakini İsmayılov Nurəddin “Qafqazinfo”ya müraciət edərək kənddə transformatorun olmamasından narazılığını bildirib.

Onun sözlərinə görə, 6 aydır ki, kənddə transformator yoxdur:

“ Biz yeni yaşayış massivində yaşayırıq. Prezident avqust ayında massivə transfarmotorun quraşdırılması ilə bağlı göstəriş verib. Amma çəkən yoxdur. Biz məcbur olub əkin sahələrinin içindən evlərə işıq çəkmişik. Bu da çox təhlükəlidir. Dəfələrlə mal-qara elektrik vurması nəticəsində tələf olub”.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, abonentlər fərdi şəkildə “Azərişıq”a müraciət etməlidir:

“Qeyd edilən massivdə evlər bir-birindən 3-5 km uzaqlıqda yerləşir. Kim necə istəyibsə, orada da ev tikib. Ev tikintisi zamanı “Azərişıq” müraciət edib texniki şərt almaq lazım idi. Amma abonentlər bu qaydalara əməl etməyiblər. Buna görə də, onlar fərdu şəkildə quruma müraciət etməlidirlər”.

Geri dön