Ana Sayfa > Xəbər > "Günə baxan" efirə niyə gecikdi?

"Günə baxan" efirə niyə gecikdi?


9-12-2015, 12:30. Yazar: admin
"Günə baxan" efirə niyə gecikdi?
ANS telekanalında həftə içi beş gün saat 10:00-da efirə gedən “Günə baxan” verilişi bu gün yayıma 1 saat gec başlayıb.

Axşam.az-ın məlumatına görə, bu haqda aparıcı Elgiz Əkbər açıqlama verib. O, texniki problemlərin yarandığını bildirib:

“Bu gün həmişə olduğu vaxtda efirə çıxmadıq. Bir balaca texniki problem olmuşdu. Lazımlı qurumlar dəstək göstərdi və qısa zamanda problem aradan qaldırıldı. Hər şey yerini aldı”.

Qeyd edək ki, 1 saat ərzində “Günə baxan” verilişinin əvəzinə efirdə “Möcüzələr adası” filmi nümayiş olunub.

Geri dön