Ana Sayfa > Xəbər > Sumqayıtın yeni deputatı şəhərin sərnişindaşımasından danışdı

Sumqayıtın yeni deputatı şəhərin sərnişindaşımasından danışdı


9-12-2015, 10:13. Yazar: admin
Sumqayıtın yeni deputatı şəhərin sərnişindaşımasından danışdı
Milli Məclisin Sumqayıtdan seçilən yeni deputatı Tahir Mirkişili şəhərdə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında prezident İlham Əliyevin imzaladığı fərmana münasibət bildirib.

Modern.az xəbər verir ki, deputatın sözlərinə görə, bu, Azərbaycanda ilk belə bir pilot layihədir:

“Digər bütün şəhərlərdə bu funksiyaları Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti yerinə yetirir. Dünya təcrübəsində Şimali Amerika ölkələrində bu funksiyaları yerli idarəetmə orqanları, Avropa təcrübəsində isə əsasən dövlət sərnişin daşıma şirkətləri yerinə yetirir. Pilot layihənin Sumqayıtda həyata keçirilməsi təqdirəlayiqdir. Hesab edirəm ki, tezliklə Sumqayıtda elektrik sərnişin daşıma vasitələrini də görmək mümkün olacaq. Sumqayıtda tamamilə yeni innovativ layihələrin həyata keçirilməsinə başlanılması yaxın vaxtlarda şəhərin inkişafından xəbər verir”.

Tahir Mirkişilinin fikrincə, planlaşdırılan pilot layihələrin reallaşması, innovasiyaların tətbiqi Sumqayıt şəhərinin ölkə iqtisadi və mədəni mühitində öz layiqli yerini tutmasına səbəb olacaq.

Geri dön