Ana Sayfa > Xəbər > Bakı sakini yeni silah ixtira etdi - Video

Bakı sakini yeni silah ixtira etdi - Video


9-12-2015, 09:53. Yazar: admin
Bakı sakini yeni silah ixtira etdi - Video
Paytaxt sakini yeni silah növü kəşf etdiyini iddia edir.

Vertikal.az ANS-ə istinadən xəbər verir ki, silah ixtira etdiyini deyən Tahir Əliyev neft-kimya sahəsi üzrə ali təhsillidir. O, sonradan Moskvada bir neçə il təkmilləşdirmə sahəsi üzrə elmi işlərlə də məşğul olub.

Son ixtirası kimi qələmə verdiyi odlu silahdan açılan güllələri tutanın sxemini çəkməyə icazə verməyib. O, bu ixtirasını Azərbaycan üçün hazırladığını deyir.

“Məxfiliyi qorumaq məqsədi ilə bu barədə məlumat verə bilmərəm. Çünki, bu ermənilərin əlinə düşə bilər. Odlu silanda açılan bütün güllənin hamısını tutur. Hazırda bu silahın maketini düzəltmişəm. Mən aidiyyati qurumlardan cavab gözləyirəm. Burada əsgərin həyatı həll olunur, yanlışlığa yol vermək olmaz”, - deyə Tahir Əliyev bildirib.

Müdafiə Sənayesi Nazirliyi Tahir Əliyevin müraciətini cavabsız qoymayıb.

Məktubla cavab verən nazirlik, onun bu ixtirasının patentləşdirib daha sonra nazirliyə müraciət etməyini məsləhət görüb.


Geri dön