Ana Sayfa > Xəbər > AZAL-dan Bakı-Moskva reysinə yeni tarif

AZAL-dan Bakı-Moskva reysinə yeni tarif


8-12-2015, 17:48. Yazar: admin
AZAL-dan Bakı-Moskva reysinə yeni tarif
"Azərbaycan Hava Yolları" (AZAL) "Domodedovo" aeropotuna eniş olmaqla Bakı-Moskva reysi üçün yeni Promo tarif təklif edir.

AZAL-dan Trend-ə verilən məlumata görə, bu tarifdə aviabiletə baqaj daxil deyil. Sərnişin əlavə 25 avro ödəməklə baqaj (23 kq baqaj) apara bilər.

AZAL-dan bildiriblər ki, bu tarif baqajsız səyahət edənlər üçün sərfəli olacaq.

Uçuşlar Airbus A320 təyyarələri ilə həyata keçirilir.

Promo tarifi AZAL Miles bonus proqramına şamil edilmir.

Geri dön