Ana Sayfa > Xəbər > Polisin kameralarını sındıran dəstə yaxalandı

Polisin kameralarını sındıran dəstə yaxalandı


8-12-2015, 15:48. Yazar: admin
Polisin kameralarını sındıran dəstə yaxalandı
Gəncədə 3 ədəd müşahidə kamerası və yaddaş qurğusu sındırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, hadisə şəhərin F.Əliyev küçəsində yerləşən yeraltı keçiddə qeydə alınıb.

Naməlum şəxslər Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinə məxsus müşahidə kameralarını sındırıblar.

Əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emil Qarayev, Nicat Məmmədov, Xəyal Musayev tutulub. Cinayətdə əli olan daha 3 nəfər də müəyyən edilib. Onların da tutulması üçün əməliyyat-axtarış tərbirləri davam etdirilir.

Geri dön