Ana Sayfa > Xəbər > Zahid Orucdan neftçilər və dənizçilərlə bağlı yeni təklif
Zahid Orucdan neftçilər və dənizçilərlə bağlı yeni təklif8-12-2015, 13:07. Yazar: admin |
![]() “Azərbaycan bir dəniz dövlətidir. Eyni zamanda neftin çıxarılması ilə yüz illərdir ki, öyünürük. Ancaq dənizçi və neftçini əks etdirən abidəmiz yoxdur”. Bu fikri musavat.com-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. O bildirib ki, həm neft, həm də dəniz millətimizin iqtisadi-siyasi varlığının ayrılmaz hissəsidir: “Bizim qələm adamlarımızın, yazıçılarımızın, şairlərimizin əsərlərinə də dəniz yansımayıb. Yalnız epizotik olaraq Nəbi Xəzridə, Rəsul Rzada bu cür nümunələrə az da olsa rast gəlmək mümkündür. Halbuki, təbiətimizin və coğrafiyamızın digər nümunələrinə on minlərlə əsərlər, romanlar və digər poetik nümunələr həsr edilib. Bu, eyni zamanda dənizçinin və neftçinin adının əbədiləşdirilməsi, zəhmətinə ictimai münasibətin formalaşmağında da qabarıq şəkildə özünü göstərməkdədir. Müxtəlif neft-qaz çıxarma idarələrinin bir-ikisinin həyətində qoyulan hansısa zəhmətkeş fəhlə obrazını çıxmaq şərti ilə Bakının hər hansı görməli yerində dənizçinin, yaxud da neftçinin ümumiləşdirilmiş abidəsinə rast gəlinmir. Bizə onlar təkcə matəm törənlərində ziyarət etmək üçün gərək deyil. Sadəcə olaraq, heç bu sahədə igidlik göstərən, əmək rəşadəti olan və bu fəaliyyətinə görə qiymətləndirilən insanların da hansısa simvolu yoxdur. Bu çox təəssüf doğurur”. Z.Oruc bildirib ki, insanlarımız bu faciə ilə bağlı öz ehtiramlarını ifadə etmək istəyirlər: “Bu niskili harada göstərsinlər? Gördüyünüz kimi dəniz kənarında sadəcə qərənfillərin düzülməsi aksiyasının şahidi oluruq. Halbuki, Azərbaycan büdcəsinin böyük hissəsi Xəzər dənindən qaynaqlanır. Doğrudanmı obrazlaşmağa haqqı yoxdur? Xəzəri sadəcə olaraq insanlarımızın batdığı, öldüyü və bu fonda matəmin əbədiləşdirilməsi kimi görmürəm. Söyləyirəm ki, nefti ayrılmaz sərvətimiz saydığımız halda onu Bakının görməli yerində obrazlaşdırmamışıq ki, bu gün Azərbaycan insanı həmin məkana üz tutaraq öz ehtiramını bildirsin. Hesab edirəm ki, Azərbaycan hökuməti elə bu son hadisəni də bir siqnal kimi qəbul edərək, dənizçini və neftçini obrazlaşdırmalıdır”. Geri dön |