Ana Sayfa > Xəbər > Ayda torpaq niyə ucuzdur? MARAQLI
Ayda torpaq niyə ucuzdur? MARAQLI8-04-2015, 09:19. Yazar: admin |
Virtual aləmdə tez-tez Ay və başqa planetlərdə, xüsusən də Marsda torpaq satılması haqqında elanlara rast gəlirik. Özü də olduqca ucuz qiymətə. O qiymətə heç At yalında da torpaq almaq mümkün deyil. Misal üçün Ayda torpağın 20 sotuna cəmi 43 AZN ödəyə bilərsiz, Marsda isə 22 manat. O torpaqlarda ev tikmək olarmı? Daşı, sementi, işçi qüvvəsini necə aparmalı? Bax bu artıq sizin probleminizdir. Əsas odur ki, torpağın sənədi olur. Bu ideya isə ilk dəfə Denis Houp adlı bir amerikalının ağlına gəlib. Çoxbilmiş amerikalı görüb ki, göy cisimləri və kosmik obyektlər rəsmi olaraq heç bir dövlətə məxsus deyil. Həqiqətən qanunvericiliyə görə dövlət və şirkətlər heç bir ulduza, planetə sahib ola bilməz. Houp görür ki, qanun fiziki şəxslərə aid deyil. O zaman özünü Yer və Günəşdən başqa Günəş sistemində olan bütün cisimlərin sahibi elan edir. Houp Amerika Kosmik İnstitutunun mütəxəssislərinin köməyi ilə Ayın görünən tərəfi və digər planetləri sahələrə böldürür. Hər sahənin ölçüsü standart olaraq 1 akr və ya 40 sotdur. Bundan başqa hər bir hissənin dəqiq koordinatları və qeydiyyat nömrəsi var. Beləliklə Dennis kadastr idarəsi kimi bir idarə quru. Ay səfirliyi adlı şirkət bax belə yaranır. Sövdələşmə zamanı torpaq sahibləri müqavilənin əks olunduğu sertifikatdan əlavə planetin səthinin xəritəsini, konstitusiyanın bir nüsxəsini əldə edirlər. Konstitusiyada Planetlrəarası Respublikanın qaydaları əks olunub. Houpun bu cür qabaqdangəlmişliyinə baxmayın. O sertifikatların heç bir hüquqi əsası yoxdur. Çünki Beynəlxalq Millətlər Kosmik Fəzanın İdarəedilməsi məsələləri üzrə Təşkilatının 2222-ci qətnaməsinə əsasən kosmik fəza heç bir vasitə ilə mənimsənilib kiminsə mülkiyyətinə çevrilə bilməz. Belə çıxır ki, Ay səfirliyinin təqdim etdiyi sertifikatlar yalnız suvenir xarakteri daşıyır. Buna baxmayaraq, Ay və digər göy cisimlərində torpaq sahibi olmaq ehtirası azalmaq bilmir. İndi artıq virtual aləmdə təkcə Ay səfirliyi yox, başqa şirkətlər də öz torpaqlarını və ya əvvəllər satılmış torpaqları hissələrə bölüb satırlar. Nə etməli! Yerdə qəbir yeri üçün 2 min, 3 min manat ödəyən insanın hansısa planetdə geniş torpağa sahib olmasının özü də bir təsəllidir. Geri dön |