Ana Sayfa > Xəbər > ABŞ prezidentliyinə namizəddən ÇAĞIRIŞ: “Müsəlmanları ölkəyə buraxmayın”
ABŞ prezidentliyinə namizəddən ÇAĞIRIŞ: “Müsəlmanları ölkəyə buraxmayın”8-12-2015, 10:05. Yazar: admin |
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp Kaliforniyanın San Bernardino şəhərində baş vermiş terrora görə yeni təkliflə çıxış edib. Modern.az xəbər verir ki, “The New York Times” qəzetinin yaydığı məlumata görə Tramp müsəlmanların ölkəyə girişini qadağan etməyin vacibliyini vurğulayıb. Onun fikrincə, Amerika cəmiyyəti terror aktlarına səbəb olan nifrətin mahiyyətini anlamalıdır. “Nə qədər ki, biz problemi anlaya bilməyəcəyik, bu zaman təhlükələr ortaya çıxacaq. Heç bir şeyə malik olmayan insanlar yalnız cihada inanırlar”,-deyə o qeyd edib. Dekabrın 3-də avtomat və tapança ilə silahlanan Səid Rizvan Faruk və onun həyat yoldaşı Taşfin Malik Kaliforniyanın San-Bernardino şəhərində 14 nəfəri qətlə yetirib, 21 nəfəri isə yaralayıb. Keçirilən əməliyyat nəticəsində ər və arvad hadisə yerində polis tərəfindən zərərsizləşdirilib. Baş verən terror hadisəsinə görə “İslam dövləti” (İŞİD) məsuliyyəti öz üzərinə götürüb. Geri dön |