Ana Sayfa > Xəbər > Fransada kütləvi “WiFi” qadağan olunacaq
Fransada kütləvi “WiFi” qadağan olunacaq7-12-2015, 17:56. Yazar: admin |
Fransa Daxili İşlər Nazirliyi antiterror tədbirləri çərçivəsində yeni təkliflər hazırlayıb Lent.az-ın “theverge.com”a istinadən verdiyi məlumata görə, nazirlik kütləvi (hər kəsə açıq) “WiFi” xidmətinin qadağan olunması və “Tor” anonim şəbəkəsinin blok edilməsini təklif edəcək. Bu təkliflərin də yer aldığı təxirəsalınmaz antiterror tədbirləri 2016-cı ilin yanvarında təqdim olunacaq. Təkliflərdə qanunvericiliyə dəyişiklik yolu ilə VoİP (internet vasitəsilə səsli zəng) operatorlarının dövlət orqanlarına şifrələrin açarlarını təqdim etməsi məcburiyyəti də əksini tapacaq. Xatırladaq ki, noyabrın 13-də Fransanın paytaxtı Parisdə baş vermiş terror aktları nəticəsində 130 nəfər ölüb. Geri dön |