Ana Sayfa > Xəbər > FTX İŞİD-ə qoşulmağa gedən azərbaycanlının adını açıqladı

FTX İŞİD-ə qoşulmağa gedən azərbaycanlının adını açıqladı


7-12-2015, 12:22. Yazar: admin
FTX İŞİD-ə qoşulmağa gedən azərbaycanlının adını açıqladı
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Tatarıstan üzrə idarəsi İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən üç yerli sakinin adını açıqlayıb.

Virtualaz.org saytı xəbər verir ki, onlardan biri azərbaycanlı Quliyev Malik Seyfulla oğludur. 1990-cı ildə anadan olub, Azərbaycan vətəndaşıdır.

O, Rusiya-Azərbaycan sərhədinin “Dərbənd” sərhəd-keçid məntəqəsindən keçib və Bakıya istiqamət alıb. Daha sonra buradan İŞİD-ə qoşulmaq üçün Türkiyə üzərindən Suriyaya keçib.

FTX həmin şəxslərə qarşı terrorçu təşkilatlara qoşulmaq ittihamı ilə cinayət işi qaldırıb, onların Rusiyaya geri qayıtmasına qadağa qoyulub.

Geri dön