Ana Sayfa > Xəbər > 543 nəfərə 11 milyon ziyan vuran şirkətlə bağlı şok – ŞİKAYƏT
543 nəfərə 11 milyon ziyan vuran şirkətlə bağlı şok – ŞİKAYƏT8-04-2015, 08:51. Yazar: admin |
Bakı şəhər sakini Şaiq Həsənov redaksiyamıza şikayət məktubu göndərib. Onun məktubunu təqdim edirik: “Ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Birlik-İnşaat” MMC və «Hayan-E» MMC-nin rəhbərliyinin işi üzrə məhkəmə başlayıb. Yazıb sızə bildirirəm ki “Birlik-İnşaat” MMC və «Hayan-E» MMC-nin direktoru Tağıyev Elman Həsənqulu oğlu vəzifəsindən sui-istifadə edərək dələduzluq yolu ilə 543 nəfər zərərçəkmiş şəxsdən 10 milyon 636 min 371 manat pulu alaraq mənimsəyib. Elman Tağıyev barəsində 2 il bundan qabaq seçilmiş həbs qəti-imkan tədbiri nədənsə hələdə icra ounmur. Təqsirləndirilən Eyvaz Fərəcov isə təcridxanada müəmmalı şəraitdə öldü. İttiham aktından və məhkəmə prosesinin gedişatından da tam sübuta yetirilir ki, 543 nəfərin təxminən 95-96 faizi pulların birbaşa Elman Tağıyevə, 3-4 faizi baş mühasib işləmiş, hal-hazırda isə polis nəzarəti altında olan Roza Maniçayevaya, təxminən 1 faizi isə barəsində həbs qəti-imkan tədbiri seçilmiş 3 nəfərə verilib. Elman Tağıyevin daşınan və daşınmaz əmlakları təxminən 3 milyon 500 min manat civarında dəyərləndirilib. Tağıyev Elmanın doğma qardaşı Məhərrəmov Məhərrəm Həsənqulu oğlu Baş Prokurorluğa Abşeron rayonu, Xırdalan şəhəri, Axundov küçəsi 39 ünvandakı çoxmərtəbəli yaşayış binasının tikintisi ilə bağlı zaminlik ərizəsi ilə müraciət edərək, binanın 18-24 ay müddətində yüksək keyfiyyətlə tikib 210 nəfər zərərçəkmiş şəxslərə verilməsini öz üzərinə götürüb. Lakin 24 ay müddəti bitsə də, binada heç bir iş görülmədi. Elman Tağıyev də 24 ay müddətində zərərçəkmişlərə dəymiş maddi və mənəvi ziyanın yalnız və yalnız 0,005 faizini ödəməklə işini bitmiş hesab etdi. 112006054 saylı cinayət işi istər Baş Prokurorluqda, istərsə də Bakı Ağır Cinayət məhkəməsində qeyri-obyektiv aparılıb, təqsirləndirilən Tağıyev Elmanın daşınan və daşınmaz əmlakları tam qeydiyyata alınmayıb, məhkəmə prosesi zamanı zərərçəkmişlərdən mənimsənilən 7 milyon manat pulun qaranlıq taleyinə aydınlıq gətirilmir. Hətta 7 milyon manatla bağlı Elman Tağıyevə suallar verildikdə hakim Novruz Kərimov hər dəfə narahatçılıq hissi keçirdi. Çünki onun savadsız və çılğın olduğunu bilirdi və deyirdi ki, Elman ağzına gələn sözü deyə bilər, amma bütün bunlar nəzərə alınmayacaq və protokola qeyd olunmayacaqdır! Mən də dəfələrlə bildirmişəm ki, əgər bu sualla bağlı Elman Tağıyevin verdiyi cavab nəzərə alınmırsa və protokola qeyd olunmursa, onda nə üçün ona bu sual verilir, çox yaxşı olardı ki, bu sual onun doğma qardaşı, məmur Məhərrəmov Məhərrəm Həsənqulu oğluna verilsin. Çünki Məhərrəm müəllim Baş Prokurorluqda yaşayış binasının tikintisi ilə bağlı zaminlik vərəqəsinə imza atmaqla faktiki olaraq zərərçəkmişlərə dəymiş 7 milyon manat pulun altına girib. Lakin həmin ünvanda iş görmək əvəzinə Bakı şəhərinin müxtəlif ərazilərində yüksək mərtəbəli binalar tikdirir. Diqətinizə çatdırım ki, zərərçəkmişlərə dəymiş 10 milyon 636 min 371 manatla Bakı, Sumqayıt və Gəncə şəhərlərindən başqa istənilən şəhər və rayonunun 1/3 hissəsini almaq mümkündür. Bakı Ağır Cinayətlər məhkəməsi zərərçəkmişlərin uzunmüddətli və qətiyyətli tələbindən sonra nəhayət ki, 18 noyabr 2013-ci ildə M.Məhərrəmov məhkəməyə çağırılıb. Lakin hakim Novruz Kərimov onun qonaq qismində çağırıldığını bildirdi, qonağın xəstə olmasını və Türkiyədən müalicədən qayıtdığını bəhanə gətirərək ona qarşı demək olar ki, xüsusi qayğı göstərdi. Hörmətli cənablar, xahiş edirəm ki, “Birlik-İnşaat” MMC və «Hayan-E» MMC-nin direktoru Tağıyev Elman Həsənqulu oğlu tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ödənilməsində bizlər köməklik edəsiniz, bununla yanaşı Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən Tağıyev Elman Həsənqulu oğluna və qeyrilərinə ən ağır cəzanın verilməsində yardımçı olasınız. Əks təqdirdə mən məcburiyyət qarşısında qalıb 112006054 saylı cinayət işi üzrə müvafiq orqanlar tərəfindən təqsirləndirilən Tağıyev Elman Həsənqulu oğluna göstərilən doğmalıq qayğısını, 543 nəfər zərərçəkmiş şəxslərə isə ögey münasibətlə bağlı mətbuat konfransının keçirib, Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in yerli ofislərinə, həmçinin xarici ölkə səfirliklərinə məlum səbəblərdən məni və ailə üzvlərimin sığınacaqla təmin edilməsini xahiş edəcəm”. Mənzillər 2-5 nəfərə satılıb “Hayan-e” MMC-nin inşa etdiyi bina beş bloklu, 14 mərtəbəli, 356 mənzillidir. Mənzillər bir qayda olaraq 2 və daha çox vətəndaşa satılıb. 2005-ci ilin mayından tikilən bu bina hələ tam hazır deyil. İndinin özündə də tikinti işləri davam edir. Əslində cəmi 2 blokdan ibarət binanın inşası uzun müddət və böyük qüvvə, vəsait tələb eləmir. Zərərçəkənlərdən Şamil Abdullayev 3 mənzil alıb. Bunun müqabilində 96 min manat pul ödəyib. Hər mənzilin iki sahibi var. Daşbala Nəsrullayev 2 otaqlı mənzil üçün 26 min manat pul ödəyib, bundan sonra da 10 min manat ödəməli idi. D.Nəsrullayev 2010-cu ildə “Hayan E-inşaat”a üz tutub. Onun aldığı mənzili 2006-ci ildə başqa bir vətəndaşa satıblar. Zərərçəkən indiyə qədər mənzilinə bir nəfərin şərik çıxdığını deyir: “Işin üstü açıla-açıla ola bilsin ki, sahiblərin sayı artsın”. Həmdulla Əsgərov 30 min manat pul ödəyib. Aldığı mənzil isə 3 nəfərə satılıb. Cahan Əliyev isə 2 mənzilə 60 min manatdan çox pul verib və hər iki mənzilin bir neçə sahibi var. Ağaddin Əliyev 24 min manat pul verib mənzil alıb. Onun evinə sahib duran şəxslərdən biri 23600, digəri isə 24 min manat ödəyib. Binanın gələcək sakinləri deyirlər ki, onların əksəriyyəti mənzillərinin pulunu çoxdan ödəyiblər: “Çox güman ki, ”Hayan e-inşaat”ın rəhbərləri pulu alıb ciblərinə qoyduqları üçün binanın tikintisini başa çatdırmırlar. Həm də tikinti başa çatan kimi burada qan su yerinə axacaq. Hər kəs gəlib mənzilini istəyəcək. Binanı tikən Elman Tağıyev pis vəziyyətdə qalmamaq üçün işi yubatmağa çalışır. Elman Tağıyev vətəndaşların qarşısına çıxmağa cəsarət etmədiyi üçün işləri indidə Rafiq adlı əmisi oğlu görür. Yəni, etirazçıları qarşılayıb, onları dinləyir. Hər kəsə bir vəd verib, yola salır. Vətəndaşlarla söhbət edərkən, o, Elman Tağıyevin əməllərinə görə biabır olduğunu dedi: “Bizim nəsildə belə iş tutan olmayıb. Indi mən gəlmişəm ki, problemi həll edim”. Rafiq deyir ki, hesablamaya görə, 560 “dvoynik” var. Yəni, 560 ailə havada qalır. Bu, onun ilkin hesablamasıdır. Çox güman ki, aldadılan vətəndaşların sayı çoxdur. İşin üstü açıla-açıla məsələdən xəbərdar olanlar “Hayan e-inşaat”a üz tutacaqlar. Rafiq zərərçəkənlərə onu da bildirdi ki, siyahı hazır olandan sonra mənzillər birinci sahibinə veriləcək. Digər şəxslərin isə pulu qaytarılacaq. Ancaq bu, bir-iki il çəkəcək. Fikrini isə belə əsaslandırır: “Burada 500 min manatlıq söhbət yoxdur ki, onu iki-üç günə qaytaraq. Söhbət 10 milyondan gedir. 560 mənzili ən azı 20 min manatdan hesablasaq, bu, 10 milyondan çox edir. Pullar iki dəfəyə qaytarılacaq. Başqa cür mümkün deyil”. Diqətinizə çatdırım ki, artıq siyahı hazırdı amma hələdə tikinti getmir. Siyahıda olan sakinlər özləri arasında komisiya yaradaraq binanı öz hesablarına tikmək istəsələrdə buna Elman Tağıyev və qardaşları maneçilik törədir. Bundan əvvəl Elman Tağıyev hər dəfə sakinlərin başının altına yastıq qoyaraq tikintinin sürətlənəcəyini və 1-2 aya başa çatacağını deyirdi. Vədlər 9 ilə yaxındır davam etdi və sonda bir mənzilin ikidən artıq vətəndaşa satıldığı məlum oldu. Sonuncu qurban isə sentyabrın 26-da “Hayan-E”dan ev alıb. “Hayan -E”ın iş prinsipi… Elman Tağıyev beş qardaşdır. Onların ağsaqqalı Adil Tağıyevdir. Adil Tağıyev bir müddət əvvələ qədər Imişlinin polis rəisinin müavini olub. Hazırda Kürdəmirdə rəis müavinidir. Aldığımız məlumatlara görə, “HayanE-inşaat” 9 ildir bir binanı tikib qurtara bilmədiyi halda, Xırdalanda yeni bina inşa etdirir. Deyilənlərə görə, orada da eyni metoddan istifadə edilir. Yəni, bir mənzil bir neçə sakinə satılır. Bununda başında Nazim adında biri dayanır. Deyilənlərə görə, qardaşların Binəqədi rayonundakı Zərifə Əliyeva göz klinikasının yaxınlığında göz oxşayan üç villası da var. Bu qardaşlar kimdir və arxasında kimlər dayanır? Şirkətin rəhbər şəxsləri olan beş qardaş – Adil, Rafiq, Məhərrəm, Aqil və Elman Tağıyevlər Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə əmioğludurlar. Hazırda «Hayan-E» MMC-nin direktoru kimi özünü təqdim edən Rafiq isə 2 ildən çoxdur sakinlərə söz verir amma hələdə binada işlər getmir”. Yazıda adçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. Geri dön |