Ana Sayfa > Xəbər > Ramzan Kadırov azərbaycanlıların dərdinə şərik oldu
Ramzan Kadırov azərbaycanlıların dərdinə şərik oldu7-12-2015, 10:39. Yazar: admin |
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Azərbaycan prezidenti İlham Əliyevə “Günəşli” neft platformasında baş verən yanğın nəticəsində insan ölümü ilə əlaqədar başsağlığı verib. Başsağlığında deyilir: “Salam Əleyküm, Azərbaycan Respublikasının hörmətli Prezidenti İlham Əliyev! Biz “Günəşli” neft yatağında baş verən faciəli hadisə ilə bağlı kədər hissini sizinlə bərabər yaşayırıq. Platformadakı yanğın insan tələfatına gətirib çıxarıb, itkin düşənlər var. Bu ağır zamanda bizim qəlblərimiz Azərbaycan xalqı, “Günəşli” neftçilərinin qohumları və yaxınları ilə bərabərdir. Əziz İlham Heydəroviç, sizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, uca Allahdan həlak olanlara rəhmət diləyirəm. Səmimi hörmətlə, Ramzan Kadırov”. Geri dön |