Ana Sayfa > Xəbər > Ermənistan yeni üsulla idarə olunacaq

Ermənistan yeni üsulla idarə olunacaq


7-12-2015, 10:17. Yazar: admin
Ermənistan yeni üsulla idarə olunacaq
Ermənistan vətəndaşları prezidentli respublika idarəetmə formasından imtina ediblər.

ANS PRESS-in məlumatına görə, ölkə parlament idarə üsuluna keçəcək. Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilir ki, konstitusiyaya düzəliş üçün 63%-dən çox seçici səs verib.

İslahatda nəzərdə tutulur ki, prezidenti parlamentdə seçəcəklər və onun səlahiyyət müddəti beş ildən yeddi ilədək olacaq, lakin dövlət başçısı postunu tutan şəxs yalnız bir dəfə seçilə bilər.

Ötən gün Ermənistanda ölkənin idarəetmə quruluşunu dəyişmək üçün referendum keçirilib. Ölkə vətəndaşları Ermənistanın prezident idarəetmə quruluşundan parlament idarəetməsinə keçidi nəzərdə tutan konstitusiya dəyişikliklərinə səs veriblər.

Səsvermənin nəticələrinə görə, seçicilərin 74,87% -i islahatlara “hə” deyib. 22,31% seçici isə islahatların əleyhinə səs verib.
Konstitusiyaya dəyişikliklə əlaqədar olaraq, bir neçə ay ərzində ölkə əhalisi keçirilən referenduma etiraz edirdilər. "İrs", Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni milli konqresi", ölkənin keçmiş prezidenti Robert Koçaryan seçkilərin əleyinə mitinqlər təşkil edirdilər. Etirazçılar bildiriblər ki, cinayətkar rejim devrilməyincə mitinqlərə son qoyulmayacaq.

Geri dön