Ana Sayfa > Xəbər > “Dünyanın ən böyük cinayətkarı Putindir”

“Dünyanın ən böyük cinayətkarı Putindir”


3-12-2015, 15:54. Yazar: admin
“Dünyanın ən böyük cinayətkarı Putindir”
“Türkiyə Rusiyanın Cənubi Qafqaza hökmranlıq planlarına mane olur”

Türkiyənin Rusiyaya məxsus Su-24 təyyarəsini vurması ətrafında gərginlik hər gün bir az da artır. Rusiya bu məsələdə münasibətlərin daha da gərginləşməsinə çalışır.

Rusiya prezidenti Vladimir Putin bir daha Türkiyə dövlətinə qarşı təhqiredici ifadə işlətməkdən çəkinməyib. O, Ankaranı alçaqcasına hərbi cinayət işlətməkdə günahlandırıb.

Rusiya-Türkiyə münasibələrinin informasiya müharibəsinə köklənməsi vəziyyətin yaxşılığa doğru inkişaf etməsini şübhə altına qoyur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın isə rusiyalı həmkarı Putinə cavabı gecikməyib. O deyib ki, Putin Türkiyənin İŞİD-dən neft aldğını sübut etməsə, istefa verməlidir.

Politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında Putinin təqdirəlayiq olmayan addımlar atmasının məqsədli olduğunu deyib:

“Bu saat dünyada ən böyük cinayətkar Putindir. Putinin türkləri cinayətkar elan etməsi təbliğat xarakteri daşıyır. Putin bir növ rus xalqının gözündən düşən reytinqini bərpa etməyə çalışır.

Baş vermiş hadisəni dünyanın nüfuzlu dairələri hava pozuntusu kimi qiymətləndirdi və Türkiyənin hərəkətlərinə bəraət qazandırdı. Buna baxmayaraq, Kremlin təbliğatı etik normaları keçərək türk xalqını və siyasi rəhbərliyini təhqir edir.

Amma Ankara tərəfindən bir dəfə də olsun nə rus xalqı, nə də rəhbərliyinin əleyhinə təhqirə yol verilməyib. Bu bir daha onu göstərir ki, Rusiyada təsadüfi adamlar iş başındadır. Qolu zorlu adamlar kimi hərbə-zorba gəlməklə məşğuldurlar. Amma Türkiyəni belə şeylərlə qorxutmaq mümkün deyil”.

Qabil Hüseynli onu da vurğualyıb ki, Putin şəxsi reytinqini hər şeydən üstün tutur: “Ona görə də Putini qəzəbləndirən baş vermiş hadisə yox, onun reytinqidir. Reytinqini yenidən yüksəltmək üçün çıxış yolunu Ərdoğanın və türk xalqının ünvanına xoşagəlməz fikirlər səsləndirməkdə görür.

Təyyarənin vurulması ilə bağlı Bjezinski belə deyib: “Putinin təyyarəsini vurmaqla Rusiyanın köpünü aldılar”. Doğrudan da köpü alınan Rusiya reytinqi düşmüş Putin deməkdir. Rusiya Baltikyanı dövlətlərə hədə-qorxu gələ bilərdi. NATO üzvü olan, böyük hərbi potensiala malik Türkiyəyə hədə-qorxu gələ bilməz. Putin yanılır. Ona görə də bu cür təbliğatı dayandırmalıdır”.

“Putinin Cənubi Qafqazda ağalıq etmək istəyi Türkiyəni bu məsələdə güzəştə getməyə məcbur edə bilərmi” sualına politoloqun cavabı belə olub: “Əvvəla, Cənubi Qafqaz məsələsi də gündəmə gələ bilər. Çünki Rusiyanın planlarından biri də Cənubi Qafqaza hökmranlıq etməkdir. Bu hökmranlıq yolunda da Türkiyə Rusiyaya maneçilik törədir. Bir sözlə, Türkiyə nə Cənubi Qafqaz məsələsində, nə də digər sahələrdə güzəştə getməyəcək. Bu, mümkün deyil”.

Geri dön