Ana Sayfa > Xəbər > Sabah neft ölkələrinin taleyi həll olunur

Sabah neft ölkələrinin taleyi həll olunur


3-12-2015, 14:26. Yazar: admin
Sabah neft ölkələrinin taleyi həll olunur
Səudiyyə Ərəbistanı OPEK-in sabah baş tutacaq konfransında neft hasilatını azaltmağı təklif edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Enerji İntelligens” nəşri OPEK-dəki mənbələrinə istinadən yazıb. Məlumata görə, Səudiyyənin hasilatı azaltmaq barədə bəzi şərtləri var. Rəsmi Ər-Riyad özü ilə bərabər İraq, İran və OPEK üzvü olmayan Rusiya, Qazaxıstan, Meksika və Omanın da hasilatı azaltmasını istəyir.

Tərəflər razılığa gələrsə, qərar 2016-cı ildən qüvvəyə minəcək.

Qeyd edək ki, ötən ilin iyunundan etibarən Səudiyyə, ABŞ və Rusiyanın hasilatı artırmasından sonra neft qiymətləri kəskin ucuzlaşıb.

Geri dön