Ana Sayfa > Xəbər > Türk klubu qapıçımızın maaşını vermir
Türk klubu qapıçımızın maaşını vermir3-12-2015, 13:51. Yazar: admin |
|
Millimizin və “Karşıyaka”nın qapıçısı Kamran Ağayev klubunda 3 aydır maaş almır. Axar.az xəbər verir ki, Kamran və onun komanda yoldaşları - İqor Duriç, Aleksandr Amisulaşvili, Baye Cibi Fall son üç ayın əmək haqqını ala bilməyiblər. Klub prezidenti Əli Ərtən Türkiyə mətbuatına açıqlamasında deyib ki, həmin futbolçular komandadan ayrıla bilməz: “Bunun üçün əvvəlcə notariusdan kluba xəbərdarlıq məktubu təqdim etməlidilər. Bundan sonra kluba 1 aylıq möhlət verilir. Bu müddətdə klubda prezident seçkiləri keçiriləcək. Bundan sonra yeni rəhbərlik futbolçulara pulun ödənilib-ödənilməyəcəyi barədə qərar verəcək”. Xatırladaq ki, sponsorluq edən Acar ailəsinin klub rəhbərliyi ilə münasibətləri gərginləşib. Acar ailəsi Ərtəndən postunu təhvil verməsini tələb etsə də, prezident bundan imtina edir. Geri dön |