Ana Sayfa > Xəbər > BP Azərbaycanda neft hasilatını azaltdı
BP Azərbaycanda neft hasilatını azaltdı3-12-2015, 13:10. Yazar: admin |
![]() BP-Azerbaijan şirkəti 2015-ci ilin 9 ayında AÇG (Azəri-Çıraq-Günəşli) blokundan 23,6 mln ton və ya 175 mln barel neft çıxarıb. Ötən ilin eyni dövründə bu göstərici 24,2 mln ton və ya 179 mln barel olub. Bu barədə BP-Azerbaijan şirkətinin hesabatında bildirilir. Göründüyü kimi, hasilat 600 min ton və ya 4 mln barel azalıb. Sutkalıq orta hasilat 640 min barel olub. Bu, ötən ilin eyni dövründəkindən 15,7 min barel azdır. 2014-cü ildə BP-Azerbaijan şirkəti AÇG blokundan 31,5 mln ton, 2013-cü ildə 32,2 mln ton neft çıxarıb. 2015-ci il sentyabrın sonunda 88 istismar və 42 texniki quyudan hasilat olub. Bir il əvvəl bu göstərici 77 və 36 idi. ("Turan") Geri dön |