Ana Sayfa > Xəbər > Kritik görüş gözlənilirdi, amma... Ərdoğanla Ruhani əl-ələ

Kritik görüş gözlənilirdi, amma... Ərdoğanla Ruhani əl-ələ


7-04-2015, 17:35. Yazar: admin
Kritik görüş gözlənilirdi, amma... Ərdoğanla Ruhani əl-ələ
Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan İran prezidenti ilə görüşüb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yəməndəki müharibə ilə bağlı iki ölkə arasında gərginliyin artdığı bir vaxtda Ərdoğanla Ruhaninin əl-ələ tutması böyük marağa səbəb olub. Türkiyə prezidenti Tehranda yerləşən Səadət Sarayında Ruhani tərəfindən qarşılanıb. Daha sonra hər iki lider bir müddət əl-ələ gəziblər.

Türkiyə prezidenti ilə Ruhani görüş zamanı Yəmən məsələsi ilə bağlı ayrıca danışıqlar aparıblar. Ərdoğan ən bahalı təbii qazı İrandan aldıqlarını xatırladaraq, bu məsələdə anlaşmalı olduqlarını diqqətə çatdırıb. Türkiyə prezidenti qiymət düşərsə idxal edəcəkləri təbii qazın həcmini artıracaqlarını qeyd edib.

Geri dön