Ana Sayfa > Xəbər > “Allahşükür Paşazadə mərasim idarə edə bilməyəcək”
“Allahşükür Paşazadə mərasim idarə edə bilməyəcək”3-12-2015, 11:37. Yazar: admin |
Nardaranda baş verən hadisələr, bəzi qüvvələrin din pərdəsi altında terrorçuluqla məşğul olması bununla bağlı qanunvericilikdə dəyişiklər edilməsi üçün Milli Məclis üzvlərini hərəkətə gətirib. Belə ki, qanunvericilikdə edilən dəyişikliyə əsasən islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilə bilər. "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklərin edilməsi ilə bağlı yeni layihədə xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağan edilir. Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Qeyd edilir ki, bu gün Azərbaycanda dini ayin və mərasimləri xaricdə dini təhsil almış şəxslər edirlər. Media eksperti, hüquqşunas Ələsgər Məmmədli hesab edir ki, əgər bu qanun qəbul ediləcəksə o zaman Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də mərasim idarə edə bilməyəcək. Modern.az xəbər verir ki, bununla bağlı ekspert Facebook səfihəsində qeyd edib. “Bəzi qanunlara dəyişiklik edilməsi nəzərdə tutulub. Artıq xaricdə din təhsili alan şəxslər mərasimləri apara bilməyəcək. Bu Qanun qüvvəyə minəndən sonra Şeyx də mərasim idarə edə bilməyəcək. Çünki o da xaricdə- Özbəkistanda təhsil alıb. Xaricdə həqiqi ilahiyyat təhsil alıb, dinin sosiolijisini, fəlsəfəsini, hüququnu elmi yollarla mənimsəyənlər "yararsız" elan edilir. Amma əlinə təsbeh alıb, Biləcəridən o tərəfə keçməyənləri cəmiyyətin önünə çıxarır, ona din dəyərlərinin icrasını əmanət edirlər” deyə Ə.Məmmədli əlavə edib. Geri dön |