Ana Sayfa > Xəbər > Xain tələ: daha bir əsgər şəhid oldu

Xain tələ: daha bir əsgər şəhid oldu


3-12-2015, 11:08. Yazar: admin
Xain tələ: daha bir əsgər şəhid oldu
Türkiyənin Mardin şəhərində PKK terrorçusu avtomobil yoluna quraşdırılan bombanı hərbi maşınların keçdiyi zaman partladıb.

Axar.az “Hürriyyət” qəzetinə istinadla xəbər verir ki, partlayış zamanı hərbi maşındakı 6 əsgər və yoldan keçən digər avtomobillərdə olan 3 nəfər yaralanıb.

Hadisə Mardin-Midyat avtomobil yolunun 3-cü kilometrliyində baş verib. Yaralılar Mardin Dövlət Xəstəxanasına yerləşdirilib, müalicələri davam etdirilir. Yaralı əsgərlərdən birinin vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.

Aparılan araşdırma nəticəsində partlayıcının avtomobil yolunun kənarındakı zibil konteynerinə qoyulduğu məlum olub.

Təhlükəsizlik qüvvələri avtomobil yolunu nəqliyyata bağlayaraq, bölgədə geniş miqyaslı əməliyyata başlayıb. Avtomobil yolunda başqa partlayıcının da olub-olmadığı araşdırılır.

Geri dön