Ana Sayfa > Xəbər > Kerri Kosovoya ilk rəsmi səfərini etdi

Kerri Kosovoya ilk rəsmi səfərini etdi


3-12-2015, 10:53. Yazar: admin
Kerri Kosovoya ilk rəsmi səfərini etdi
ABŞ Dövlət katibi John Kerry Kosovonun müxalifət liderlərini parlamentə gözyaşardıcı qaz buraxılmasını dayandırmağa çağırıb. Kerry bu Balkan ölkəsinin hökumətini etnik bölücülüyün yatırdılması planlarına əməl etməyə çağırıb.

Kerry dekabrın 2-də Kosovoya ilk rəsmi səfərini edib, Serbiya ilə münasibətlərdəki siyasi böhranın həllinə kömək etməyə çalışıb. 1.8 milyon əhalisi olan Kosovo Serbiyadan 1999-cu ildə ayrılıb, indi də Avropa Birliyinə üzv olmağa çalışır.

Hökumətin ölkənin serb azlığına daha çox hüquqlar vermək səyləri Kosovoda iğtişaşlar yaradıb.

Priştina aeroportunda baş nazir Isa Mustafa ilə görüşdən sonra Kerry deyib ki, parlament demokratiya, hörmət məbədi olmalıdır. “Burası gözyaşardıcı qaz və qorxutma yeri deyil”, Kerry sözlərinə əlavə edib.

Geri dön