Ana Sayfa > Xəbər > "Babatam, hətta çox yaxşıyam" - Musa Yaqub
"Babatam, hətta çox yaxşıyam" - Musa Yaqub7-04-2015, 17:02. Yazar: admin |
Əvvəllər mediada, sonradan ədəbi cameənin nümayəndələri arasında qocaman şair Musa Yaqubun səhhəti haqqında birmənalı danışılmırdı. Bəziləri şairin xəstəliyi üzündən ata-baba yurdu olan İsmayıllının Buynuz kəndində müalicə aldığını, bəziləri isə evdən bayıra çıxmadığını bildirirdi. Modern.az bu səbəbdən şairin özü ilə əlaqə saxlayıb. Musa Yaqub hazırda səhhəti ilə bağlı heç bir problemin olmadığını deyib: “Babatam, hətta deyərdim ki, çox yaxşıyam. Rayona da getməmişəm, Bakıdayam, evdəyəm. Səhhətim barəsində heç bir problem yoxdur. Amma müalicələrim davam edir. Yenə də yazıram. İş başındayam. Narahat olanların hamısına təşəkkürümü bildirirəm”. Geri dön |