Ana Sayfa > Xəbər > Əsəd: "Geri dönüş mümkün deyil" (VİDEO)
Əsəd: "Geri dönüş mümkün deyil" (VİDEO)2-12-2015, 13:25. Yazar: admin |
Suriya prezidenti Bəşər Əsəd Rusiyaya məxsus “Su-24” qırıcısının vurulmasına münasibət bildirib. ANS PRESS-in məlumatına görə, Əsəd qırıcının vurulmasının Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatlara heç bir mənfi təsir göstərməyəcəyini deyib. Çexiya televiziyasına müsahibə verən Bəşər Əsad terrorçuluqla müharibənin davam edəcəyini bildirib. “Rusiya əməliyyatlarda iştirakını gücləndirəcək. Bu məsələdə geri dönüş mümkün deyil,- deyə prezident bildirib. Bəşər Əsəd ABŞ–ın başçılıq etdiyi koalisiyasının İŞİD –i daha da gücləndirdiyini deyib. “Əgər Qərb həqiqətən də terrorçuluqla mübarizə etmək niyyətindədirsə, o zaman döyüşçüləri silahlandırmağı və maliyyə yardımları etməyi dayandırmalıdır". Prezident vurğulayıb ki, döyüşçülərə kömək əsasən Səudiyyə Ərəbistanı və Qətərin dəstəyi ilə Türkiyədən edilir. Rusiya qırıcısının Türkiyə ilə sərhəddə vurulması Bəşər Əsəd hökümətinin mövqelərini bir az da gücləndirdi. Çünki Rusiya hadisədən sonra ordusunun ən güclü silahlarının Türkiyə - Suriya sərhəddinə topladı. Həmin silahlar arasında S 400 hava hücumundan müdafiə sistemləridə var. Rusiyanın bu addımları Bəşər Əsədin həm hakimiyyət müddətini uzadır, həm də ordusunun daha sürətlə irəliləməsinə şərait yaradır. Bir müddət əvvəl Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, İran və Avropa Birliyinin nümayəndələri Avstriyanın paytaxtı Vyanada bir araya gəldilər. Bu görüş Suriya münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı ola bilərdi. Çünki Rusiyanın təklifləri əsasında Suriya müxalifləri ilə Əsəd ordusu arasında bütün döyüşlər dondurulacaqdı. Daha sonra Bəşər Əsədin namizəd olmadığı seçkilər keçirilməli və hansı namizəd qalib gələrdisə, o da ölkəni idarə edəcəkdi. Amma hazırda Suriya ərazisinə hökümət qüvvələrindən başqa İŞİD, Xalq Qoruma Birlikləri (YPG), Əl-Nusra, Azad Suriya Ordusu və digər müxalif qruplar nəzarət edir. Təbii ki, Bəşər Əsədsiz seçkilər ABŞ və müttəfiqlərinə sərf edirdi. Bu həm də region üçün çox faydalı idi. Rusiya və Türkiyə arasında baş verən bu gərginlikdən sonra belə bir planın həyata keçirilməsi hazıda müzakirə belə olunmur. Bu isə Bəşər Əsədin hakimiyyətliyinin güclənməsinə şərait yaradacaq. O, müsahibəsində də çox əminliklə bildirib ki, bu mübarizədə geri dönüş yoxdur. Geri dön |