Ana Sayfa > Xəbər > Türkiyəni rahatladacaq qərar

Türkiyəni rahatladacaq qərar


2-12-2015, 11:33. Yazar: admin
Türkiyəni rahatladacaq qərar
Rusiya höküməti “Türk Axını” və Akkuyu Atom Elektirik Stansiyası layihələrini ölkələr arasında yaşanan gərginliyə görə təxirə salmayacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın iqtisadi və inkişaf naziri Aleksey Ulyukaev mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, hər iki layihənin gələcəyinin onları inşa edən şirkətlərin əlindədir.

“Bu layihələri “Qazprom” və “Rosatom” həyata keçirir. Rusiya hökümətinin layihələri dondurmaq və maliyyə qaynaqlarını kəsməklə bağlı fikiri yoxdur. Ona görə də bu layihələrin əvvəlki kimi davam edəcəyi gözlənilir”, - deyə nazir bildirib.

Ulyukaev bildirib ki, Türkiyə ilə Rusiya arasında investisiya əməkdaşlıq komissiyasının işini dayandırılması "Türk Axını" ve Akkuyu kimi böyük layihələrin həyata keçirilməsi ilə əlaqədar deyil.

Türkiyənin Rusiya qırıcı təyyarəsini vurmasından sonra ölkələr arasında münasibətlər gərginləşdi. Qırıcı Suriya - Türkiyə sərhədində vurulub. Rusiya prezidenti bu hadisəni arxadan vurulan zərbə adlandıraraq, Türkiyəyə qarşı ardıcıl sanksiyalar barədə sərəncamlar imzaladı. Bu sərəncamlarla Türkiyədən Rusiyaya kənd təsərrüfatı məhsullarının əksəriyyətinin ixracı dayandırıldı. Həmçinin təyyarə reysləri təxirə salındı.

Sərt iqtisadi sanksiyaların fonunda iki ölkə arasında böyük əhəmiyyətə malik layihələrin taleyi gündəmə gəlib. Bu layihələr arasında ən əhəmiyyətliləri “Türk Axını” və Akkuyu Atom Elektirik Stansiyası idi. “Türk Axını” Rusiya qazını Türkiyəyə oradan isə Avropaya çatdırılmasını nəzərdə tutur. Türkiyənin ilk atom elektirik stansiyasını da Rusiya inşa edir. Bu layihəyə 3 milyard dollardan çox sərmayə qoyulub.

Bu layihələrin dayandırılması heç bir ölkə üçün sərfəli deyil. Çünki Türkiyənin enerji təhlükəsizliyi hazırkı investisiyalar üzərində həyata keçirilir. Atom elektirik stansiyasının inşası ilə Türkiyə daha ucuz elektirik enerjisi əldə edə biləcək. Həmçinin Rusiya da iqtisadi təsir vasitəsi olan bu layihələrlə bağlı planlarını ən sona saxlamaq fikrindədir. Qərbin tətbiq etdiyi sanksiyaların yaratdığı böhrandan çıxmaq üçün yollar axtaran Rusiya Türkiyə ilə belə böyük layihələrin təxirə salınmasında maraqlı deyil.

Geri dön