Ana Sayfa > Xəbər > "JEK"lər "Kaspar"dan alındı: onlarla adam işsiz qaldı
"JEK"lər "Kaspar"dan alındı: onlarla adam işsiz qaldı7-04-2015, 16:38. Yazar: admin |
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də struktur dəyişiklikləri edilib. "Report"un əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə qurumun Mənzil Kommunal Təsərrüfat idarələri (MMTİ) ləğv edilib. Qərar əsasında ləğv edilən MMTİ-lər Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına verilib. Qeyd edək ki, MKTİ-lərin ləğv olunması nəticəsində idarənin əməkdaşları işsiz qalıblar. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İnzibati işlər və ictimaiyyətlə əlaqələr Departamenti bu məsələni şərh edərkən bildirib ki, həmin idarələr artıq qurumun balansında olmadığına görə əməkdaşları da işdən ayrılıblar: "Bəziləri imkan daxilində daxili yerlərdə yerləşdirilib. Amma digərləri kənarda qalıb". Məlumata görə, MMTİ-lərin ləğvi nəticəsində 30-dan çox işçi işsiz qalıb. Geri dön |